Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov (51 kq) finala vəsiqə qazanıb.
Prosport.Az xəbər verir ki, təmsilçimiz yarımfinal görüşündə rusiyalı İslam Kuraxmayevi 10:6 hesabı ilə məğlub edərək adını həlledici mərhələyə yazdırıb.
İbrahim Həsənov qızıl medal uğrunda sabah İran təmsilçisi Benyamin Aşoften Mayvanla qarşılaşacaq.
O, finala gedən yolda 1/8 finalda Gürcüstan güləşçisi Giorgi Narimanidzeni 4:2, 1/4 finalda isə Hindistan təmsilçisi Qovind Qovindi 10:3 hesabı ilə üstələyib.
Qeyd edək ki, U-17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.
