Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Elcan Həsənov (60 kq) mübarizəni erkən dayandırıb.
Prosport.Az xəbər verir ki, milli gimnastika arenasında keçirilən yarışın 1/8 final mərhələsində Elcan Həsənov Polşa təmsilçisi Vitold Pavlikə 2:3 hesabı ilə məğlub olub.
Bununla da Azərbaycan güləşçisi dünya çempionatında çıxışını başa vurub.
Qeyd edək ki, U-17 dünya çempionatı Bakıda keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.
