Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Tunar Həsənov (45 kq) 1/4 final mərhələsində məğlub olub.
Prosport.Az xəbər verir ki, təmsilçimiz gürcüstanlı Luka Dotiaşvili ilə qarşılaşıb və gərgin keçən görüşdə 4:5 hesabı ilə uduzub.
Tunar Həsənov 1/8 finalda isə Bolqarıstan təmsilçisi Radoslav Velikov üzərində 4:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlmişdi.
Qeyd edək ki, U-17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 güləşçi ilə təmsil olunur.
