Bakıda güləş üzrə U17 dünya çempionatı davam edir.
Prosport.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın 5-ci günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq-da mübarizəyə start verilib.
Hüseyn Rzazadə (48 kq) 1/8 finalda hindistanlı Aaryan Aaryana minimal fərqlə məğlub olub – 5:6. Həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.
Təsnifat mərhələsində Abbas Şəfiyev (55 kq) qazaxıstanlı Temirlan Murata (1:9), Rəşid Nəzərov (65 kq) ermənistanlı Erik Papikyana (1:9), Hakim Tağıyev (110 kq) isə özbəkistanlı Bəhruz Aşırova (2:3) uduzub.
Nihad Süleymanlı (80 kq) 1/8 finalda qırğızıstanlı Əli Bəkzodoviç Zakircanova tam üstünlüklə (10:0) qalib gəlsə də, növbəti görüşdə türkiyəli Volkan Bilginə 6:10 hesabıyla məğlub olub.

