Azərbaycan güləşçisi Gülxanım Şirinova Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.
Prosport.Az xəbər verir ki, 40 kq çəki dərəcəsində yarışan idmançı təsəlliverici görüşdə monqolustanlı Azzaya Battulqanı 10:0 hesabı ilə məğlub edib.
O, bu gün axşam seansında bürünc medal uğrunda görüşdə Şirin Askara (Türkiyə) ilə qarşılaşacaq.
Digər qız güləşçilərimiz yarışı medalsız başa vurublar.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

