Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri çıxışlarını başa vurublar.
Prosport.Az xəbər verir ki, milli komanda yarışın son günündə daha üç medal qazanaraq mundialı ümumilikdə 6 medalla tamamlayıb.
Çempionatın yekununa əsasən, Əli Cavadlı (45 kq), Abdulrəhman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medal qazanıblar.
Ömər Salmanov (48 kq), Orxan Həbibli (65 kq) və Elmir Çərkəzov (60 kq) isə bürünc medala sahib çıxıblar.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisi dünya çempionatını 3 gümüş və 3 bürünc medalla başa vurub.

