Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Abdulrəhman Hüseynli (51 kq) final görüşündən sonra fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, güləşçi Azərbaycanda keçirilən dünya çempionatında çempion olmaq istədiyini bildirib.
“Azərbaycanda çempion olmalı idim. Azarkeşlərimizin qarşısında məsuliyyət daha böyük idi. Görüşə aktiv başlamamağım məğlubiyyətimə səbəb oldu. Lakin qarşıda illərim var. Yenidən hazırlaşıb dünya çempionu olmağa çalışacağam. Qızıl medalı səhvlərə görə əldən verdim”, – deyə Abdulrəhman Hüseynli bildirib.

