Azərbaycanın yunan-Roma güləşçiləri Bakıda təşkil olunan U-17 dünya çempionatını 6 medalla tamamlayıb.
Prosport.Az xəbər verir ki, bu gün medal görüşünə çıxan idmançılardan Əli Cavadlı (45 kq) və Abdurrahman Hüseynli (51 kq) finalda uduzaraq gümüş mükafat qazanıblar.
Elmir Çərkəzov (60 kq) isə bürünc medal uğrunda görüşdə qalib gəlib.
Daha əvvəl İsfahan Həsənov (80 kq), gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi mübarizə aparır. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.

