Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib - FOTOLAR
    29.07.2026 16:21:50

    Prezident İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

    Prosport.Az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Nenad Laloviçlə əvvəlki görüşü məmnunluqla xatırlanıb.

    Azərbaycan Prezidenti ilə görüşdən şərəf hissi duyduğunu deyən qonaq 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb, buna və ümumilikdə Dünya Güləş Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

    Ölkəmizdə idmanın güləş növünün inkişafını vurğulayan Nenad Laloviç Azərbaycanda güləş üzrə müxtəlif beynəlxalq səviyyəli yarışların keçirildiyini xatırladı, Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlıq etdiklərini deyib.

    Prezident İlham Əliyev gənc idmançıların gələcəkdə uğur qazanması baxımından 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının əhəmiyyətinə toxunub və bundan sonra da ölkəmizdə bu cür idman tədbirlərinin təşkilinin önəmini qeyd edib.

    Dövlətimizin başçısı Azərbaycan güləşçilərinin indiyədək çox mühüm qələbələr qazandıqlarını vurğulayıb.

    Görüşdə idmanın güləş növünün ölkəmizdə zəngin ənənələrə malik olduğu qeyd edilib, onun inkişafı üçün dövlət səviyyəsində görülən işlərə toxunulub.

    Azərbaycanla Dünya Güləş Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    Güləş

    Dünya çempionatı: Yunan-Roma güləşində "qızıl" olmadı

    29.07.2026 18:55:45
    Güləş

    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib - FOTOLAR

    29.07.2026 16:21:50
    Güləş

    Dünya çempionatı: Qız güləşçilərimiz mübarizəyə başlayır

    29.07.2026 10:34:20
    Müsahibə

    “Məğlub olsam da, həvəsdən düşməyəcəyəm” – İsfahan Həsənov

    28.07.2026 20:53:39
    Güləş

    Yunan-Roma güləşçilərimiz Bakıda dünya çempionatına 3 medalla başladı

    28.07.2026 20:21:06
    Güləş

    "20 yaşım olanda da Bakıda olmuşam" – Ermənistan millisinin baş məşqçisi

    28.07.2026 19:34:55
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Dünya çempionatı: Yunan-Roma güləşində "qızıl" olmadı

    29.07.2026 18:55:45

    "Bu, möhtəşəm bir desert kimidir" - Valdas Dambrauskas

    29.07.2026 18:13:22

    İtaliyalı məşhur voleybolçu Azərbaycanda oynayacaq

    29.07.2026 17:39:13

    Millimizin futbolçusu Macarıstan klubuna keçdi

    29.07.2026 17:08:40

    "Qarabağ"ın sabiq qapıçısı rəsmən Superliqa klubunda

    29.07.2026 16:44:15

    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib - FOTOLAR

    29.07.2026 16:21:50

    Premyer Liqa klubunda ayrılıq

    29.07.2026 16:00:14

    "Cavab görüşünə də ciddi hazırlaşmışıq" - Ruan Renato

    29.07.2026 15:33:49

    "Daha 4-5 legioner cəlb etməyi düşünürük" - Rəşad Sadıqov

    29.07.2026 15:21:40

    Emmanuel Addai yenicə keçdiyi komandadan ayrılır

    29.07.2026 14:41:13

    Kipr klubu Murad Məmmədovu icarəyə verə bilər

    29.07.2026 14:19:54

    “Qarabağ”la oyuna ən yaxşı formada köklənməyə çalışırıq" - Anxelo Martino

    29.07.2026 13:43:01

    "Cavab oyununda müdafiəyə çəkilmək niyyətində deyilik" - MOİK-in baş məşqçisi

    29.07.2026 13:17:19

    "Çox keyfiyyətli komandaya uduzduq" - KuPS-un baş məşqçisi

    29.07.2026 12:45:57

    İdmançımız Qahirədə qızıl medal qazandı

    29.07.2026 12:10:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved