Bakıda keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə 2-ci yarış gününə yekun vurulub və ilk mükafatçılar bəlli olub.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin üzvləri mundiala 1 gümüş və 2 bürünc medalla başlayıblar.
48 kq çəki dərəcəsində çıxış edən Ömər Salmanov bürünc medal qazanıb. Orxan Həbibli (65 kq) də 3-cü yer uğrunda görüşdə qalib gəlib.
80 kq-da mübarizə aparan İsfahan Həsənov isə finalda məğlub olaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, iyulun 29-da Əli Cavadlı (45 kq) və Abdulrəhman Hüseynli (51 kq) qızıl medal uğrunda final görüşünə çıxacaqlar. Elmir Çərkəzov (60 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

