Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    14 il sonra Bakıda keçirilən 2-ci dünya çempionatı – Bildiklərimiz, bilmədiklərimiz
    27.07.2026 09:00:52

    Bu gün 17 yaşadək (U-17) güləşçilər arasında dünya çempionatı Bakıda start götürəcək.

    Prosport.Az yarış öncəsi turnir haqqında məlumatları təqdim edir.

    Yarış avqustun 2-dək Milli Gimnastika Arenasında (MGA) keçiriləcək. MGA ilk dəfə güləşin dünya çempionatına ev sahibliyi edəcək.

    Dünya çempionatında Azərbaycan 29 güləşçi ilə təmsil olunacaq. Bunlardan 10-u yunan-Roma, 10-u sərbəst və 9-u qız güləşçilərdir. Bu həmçinin müvafiq olaraq böyük məşqçilər – Rafiq Hüseynov, Hacı Əliyev və Mariya Stadnikin 11-17 mayda Bolqarıstanın Samokov şəhərində keçirilmiş Avropa çempionatından sonra ilk ciddi yarışı hesab olunur.

    Yarış 32-ci dəfə keçiriləcək. İlk belə dünya çempionatı 1975-ci ildə Meksikanın Santo Dominqo şəhərində baş tutub. Onda yalnız sərbəst güləş yarışı təşkil olunub. Qızların yarışı ilk dəfə 1988-ci ildə Fransanın Dijon şəhərində keçirilib. 1976-1979, 1981, 1984-1986, 2000-2010 və 2020-ci illərdə bu yarış təşkil edilməyib.

    Azərbaycan 14 il sonra bu yarışa 2-ci dəfə ev sahibliyi edir. 2012-ci ildə 19-cu dünya çempionatı məhz Bakıda keçirilib. Həmin vaxt Rusiya komandası sərbəst güləşdə, Azərbaycan yunan-Romada, Yaponiya isə qız güləşində dünya çempionu olub.

    Ümumiyyətlə, Azərbaycanın indiyədək U-17 yaş kateqoriyasında sərbəst güləşdə 1 (1999), yunan-Roma güləşində 2 (2012, 2013) dünya çempionluğu var. Bundan başqa, komanda şəklində Azərbaycanın 2014-cü ildən sonra sərbəst güləşdə 3 bürünc (2017, 2018, 2022), yunan-Roma güləşində 4 gümüş (2014, 2019, 2022, 2023) və 1 bürünc kuboku (2024) var.

    Ötən ilin 28 iyul – 3 avqust tarixlərində Yunanıstanın paytaxtı Afinada keçirilmiş analoji yarışda ABŞ sərbəst güləşdə, İran yunan-Roma güləşində və Hindistan qız güləşində 1-ci olub. Komandamız həmin yarışda 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmaqla ümumi turnir cədvəlində 7-ci yeri tutmuşdu. Fərdi kateqoriyalar üzrə sərbəst güləşdə 90 xalla 4-cü (bürünc kubok üçün 1 xal çatmamışdı), yunan-Roma güləşində 100 xalla Qırğızıstanla birgə 4-5-ci olmuşduq.

    Bu dəfə Rusiya güləşçiləri ilk dəfə öz ölkələrinin adı ilə mübarizəyə qoşulacaq. Bu səbəbdən sərbəst və yunan-Roma güləşində ABŞ, İran, Rusiya milliləri, eləcə də meydan sahibi Azərbaycan arasında gərgin rəqabət gedəcək.

    Yeri gəlmişkən, son dünya çempionatında Belarus əsilli ABŞ təmsilçisi Arseni Kikinov həm sərbəst, həm də yunan-Roma güləşində medal qazanan idmançı kimi tarixə düşmüşdü. 17 yaşlı idmançı sərbəst güləşdə 65 kq-da gümüş (finalda Hüseyn İsmayılova uduzmuşdu) və eyni çəkidə yunan-Roma güləşində bürünc medal qazanmışdı. İndi o, Bakıda hər iki kateqoriyada yarışıb, qızıl medal qazanmağa çalışacaq.

    Onu da qeyd edək ki, bu dünya çempionatında 16 Ermənistan güləşçisi də mübarizə aparacaq. Bu, 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarından sonra Ermənistan idmançılarının yarışacağı ilk turnir kimi tarixə düşəcək.

    Yarış üçün 52 ölkədən 675 güləşçi qeydiyyatdan keçib. Bunlardan 242-si yunan-Roma, 242-si sərbəst və 191-i qız güləşçilərdir. Bu dünya çempionatı 2017-ci ildə Afinada keçirilmiş dünya çempionatındakı iştirakçı sayını keçməklə rekorda imza atıb. Belə ki, orada qız güləşçilərin sayı 186 nəfər olmuşdu.

    27-29 iyulda yunan-Roma güləşi, 29-31 iyulda qadın güləşi, 31 iyul – 2 avqustda sərbəst güləş yarışları keçiriləcək. 2 avqust istisna olmaqla, hər gün saat 10:30-da təsnifat görüşləri başlayacaq. Bu gün turnirin rəsmi açılış mərasimi saat 17:10-da keçiriləcək. Final görüşləri 17:00-20:00-da baş tutacaq. Yalnız avqustun 2-də sərbəst güləşin final görüşləri səhər saatlarında başlayıb, günorta saatlarında yekunlaşacaq.

    Səbuhi Musa   

    Güləş

    Bakıda dünya çempionatı start götürür

    27.07.2026 10:00:58
    Güləş

    14 il sonra Bakıda keçirilən 2-ci dünya çempionatı – Bildiklərimiz, bilmədiklərimiz

    27.07.2026 09:00:52
    Güləş

    Bakıda ABŞ ictimai birliyi ilə memorandum imzalandı – FOTO + VİDEO

    26.07.2026 23:55:01
    Güləş

    Dünya çempionatında güləşçilərimizin ilk rəqibləri bilindi

    26.07.2026 23:23:06
    Güləş

    Bakıdakı dünya çempionatının azərbaycanlı hakimləri bilindi

    25.07.2026 11:16:49
    Güləş

    U17 dünya çempionatının medalları təqdim olundu

    24.07.2026 20:03:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Samtredia"nın sabiq futbolçusu I Liqa klubunda

    27.07.2026 11:23:29

    "Turan Tovuz"un Ankarada 2-ci sınağı

    27.07.2026 10:54:02

    Millimiz Avropa çempionatına Afinada hazırlaşacaq

    27.07.2026 10:26:12

    Bakıda dünya çempionatı start götürür

    27.07.2026 10:00:58

    14 il sonra Bakıda keçirilən 2-ci dünya çempionatı – Bildiklərimiz, bilmədiklərimiz

    27.07.2026 09:00:52

    Azərbaycanda Avropa Cüdo Ümidləri turniri başa çatdı

    27.07.2026 00:59:37

    Bakıda ABŞ ictimai birliyi ilə memorandum imzalandı – FOTO + VİDEO

    26.07.2026 23:55:01

    Dünya çempionatında güləşçilərimizin ilk rəqibləri bilindi

    26.07.2026 23:23:06

    Azərbaycan triatlonçuları Minskdə 2 medal qazandı

    26.07.2026 22:58:24

    Toral Bayramov "Şaxtyor"a qarşı 1 hissə oynadı

    26.07.2026 22:06:13

    Messidən komanda yoldaşlarına xüsusi hədiyyə – FOTO

    26.07.2026 21:26:52

    "Sumqayıt" və "Kəpəz"in yoxlama oyununda qalib müəyyənləşmədi

    26.07.2026 20:59:35

    "Şamaxı"dan böyükhesablı qələbə

    26.07.2026 20:32:10

    Toral Bayramov "Şaxtyor"a qarşı əsas heyətdə oynayacaq

    26.07.2026 19:50:43

    Milli Mətbuat Gününə həsr olunan minifutbol turnirinin qalibi müəyyənləşib – FOTOLAR

    26.07.2026 19:33:44
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved