Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sabahın Ulduzları" qayıdır - Sponsorla müqavilə imzalandı
    20.07.2026 17:12:15

    Bakı Futbol Federasiyasının (BFF) təşkilatçılığı ilə həyata keçirilən “Sabahın Ulduzları” layihəsi çərçivəsində məlumatlandırma sessiyası və imza mərasimi təşkil olunub.

    Prosport.Az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Daha sonra turnirlə bağlı videoçarx nümayiş etdirilib.

    Bakı Futbol Federasiyasının (BFF) prezidenti Tahir Süleymanov təşkilatçılığa görə hər kəsə təşəkkür edib: "Bu gün biz burada Azərbaycan uşaq futbolunun yeni təməlini qoyuruq. Bu idman növünün gələcəyi üçün bir olmalıyıq və daha yaxşı futbolçular yetişdirməliyik".

    AFFA-nın baş katibi Cahangir Fərəcullayev turnirin Azərbaycan futbolunun inkişafı üçün vacib olduğunu bildirib: "Federasiya olaraq məqsədimiz uşaq futbolunu inkişaf etdirməkdir. Bu il 30 min uşağın iştirakı ilə "Məktəbli Kuboku" keçirdik. Uşaqlar iki yaş kateqoriyasında mübarizə apardılar. Sevindirici haldır ki, finalda bölgə kollektivləri var idi. Bildiyiniz kimi, bu il Azərbaycan ilk dəfə keçiriləcək FIFA U-15 dünya çempionatına və Futbol Festivalına ev sahibliyi edəcək. "Sabahın ulduzları" turniri də milli komanda üçün yaxşı seçim mənbəyi olacaq. Əminəm ki, qarşıdakı illərdə bunun bəhrəsini görəcəyik".

    Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov vaxtilə bu turniri yaxından izlədiyini söyləyib: "Uşaq futbolu bizim yaralı yerimizdir. Cahangir Fərəcullayevlə milli barədə söhbət edərkən 15 dəqiqə sonra uşaq futboluna keçirik. Bu məsələdə klublar önə çıxmalıdır. Deyirlər ki, AFFA futbolçu yetişdirməlidir. Bu fikir düzgün deyil. Mütəxəssislər xaricə klubların akademiyalarına yollanmalıdırlar. Düzdür, bunu üçün maliyyə də önəmlidir. Milliyə oyunçu seçməkdə çətinlik çəkirik. Ona görə də “Sabahın Ulduzları” kimi yarışların bölgələrdə təşkili daha faydalı olar".

    AFFA-nın texniki direktoru Edmond Klaus isə deyib ki, inkişaf üçün çox iş görmək lazımdır: “Uğur istəyiriksə, bir olmalıyıq. Hər kəs qısa zamanda uğur əldə etmək istəyir. Amma futbolda bu mümkün deyil. AFFA-nın uşaq futbolu ilə bağlı layihələri var. Bunu davam etdirmək lazımdır. "Sabahın Ulduzları" adı mənə xoş gəlir. Vaxtilə "Qəbələ" Futbol Klubu buna uyğun beynəlxalq yarış təşkil edirdi. Təəssüf ki, hazırda bu turnir keçirilmir. Uşaq futbolunun inkişafı üçün klublar da müəyyən işlər aparmalıdır. Azərbaycan müxtəlif beynəlxalq yarışlara ev sahibliyi edir. Ölkəniz diqqət mərkəzindədir Elə şərait yaratmalıyıq ki, futbolçular potensialından daha çoxunu ortaya qoya bilsinlər”.

    Sonda BFF ilə turnirin sponsoru ALPEX  arasında imza mərasimi baş tutub.

    Akademiya

    Almaniya Bakıdakı dünya çempionatını boykot etdi, Ukrayna alqışladı

    19.09.2026 11:48:21
    Futbol

    Təxirə salınmış oyunda darmadağın: "Neftçi"nin rəqibi bilindi

    17.09.2026 23:43:10
    Futbol

    Millimizin Bakıdakı dünya çempionatında rəqibləri məlum oldu

    17.09.2026 22:15:10
    Futbol

    "Sumqayıt"ın futbolçusu hakimi söydü, sərt cəzalandı

    17.09.2026 17:15:40
    Akademiya

    Futbol millimiz Bakıda Moldovaya yenə uduzdu

    16.09.2026 12:22:09
    Futbol

    "Qarabağ"dan darmadağın, "Neftçi"dən 3 qollu qələbə

    16.09.2026 00:07:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11

    Mahir Emreli 80 dəqiqə oynadı, komandası uduzdu

    19.09.2026 23:40:14

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20

    "Borussiya" və "Qarabağ"la oynayacağıq, Çempionlar Liqasına xoş gəlmisiniz" – Valdas Dambrauskas

    19.09.2026 22:44:48

    "Qapıçını irəli göndərən mən idim" – Fərid Namazov

    19.09.2026 22:16:44
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved