Qadınlardan ibarət Azərbaycanın U-20 basketbol millisi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, yığmamız 9-14-cü yerlər uğrunda təsnifat mərhələsində Rumıniya seçməsi ilə üz-üzə gəlib və rəqibini 64:50 hesabı ilə məğlub edib.
Millimiz turnirdə son görüşünü iyulun 12-də Bakı vaxtı ilə saat 19:00-da İsveçrə yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisi bu qarşılaşmada qalib gələrsə, Avropa çempionatını 10-cu pillədə başa vuracaq.

