Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    ABL yeni mövsüm üçün dəyişiklikləri açıqladı
    11.07.2026 15:56:01

    Azərbaycan Basketbol Federasiyası (ABF) 2026/27 mövsümünün yeni reqlamentini və əsas dəyişikliklərini açıqlayıb.

    Prosport.Az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyası (ABF) 2026-2027-ci illər mövsümü üzrə Azərbaycan Basketbol Liqasının (ABL) yarış formatını, iştirak şərtlərini və əsas normativ dəyişiklikləri təqdim edir. Daha yüksək rəqabət, maraqlı qarşılaşmalar və keyfiyyətli basketbol vəd edən yeni ABL mövsümünə 2026-cı il 3 oktyabr tarixində rəsmi olaraq start veriləcək. Ötən mövsümün yekun turnir cədvəlində ilk dörd pilləni tutmuş klublar ("Sabah", "Landau Lions", "Gəncə" və "Neftçi") 2026–2027-ci illər mövsümündə Azərbaycanı Avropa klub turnirlərində təmsil etmək hüququ qazanıblar. 

    Çempionatın formatı və Play-In mərhələsi. 

    Yeni mövsümdə 8 klub üç dövrədən ibarət müntəzəm çempionatda, ümumilikdə 21 tur ərzində mübarizə aparacaq. Müntəzəm mövsüm başa çatdıqdan sonra turnir cədvəlində ilk iki yeri tutan komandalar birbaşa yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. 3, 4, 5 və 6-cı yerləri tutan komandalar isə Play-In mərhələsində iştirak edəcəklər.

    Play-In mərhələsinin formatı aşağıdakı kimidir:

    3-cü və 4-cü yerlər: Bu pillələrdə qərarlaşan komandalar play-in seriyasında iki qələbəyədək mübarizə aparacaqlar. Meydan üstünlüyü müntəzəm mövsümü daha yüksək pillədə başa vurmuş komandaya məxsus olacaq. Seriyanın qalibi birbaşa yarımfinal mərhələsinə yüksələrək müntəzəm mövsümü 2-ci pillədə bitirmiş komanda ilə qarşılaşacaq.

    5-ci və 6-cı yerlər: Bu komandalar da, eynilə play-in seriyasını iki qələbəyədək davam etdirəcəklər. Meydan üstünlüyü turnir cədvəlində daha yüksək pillədə olan kluba məxsus olacaq. Seriyanın qalibi 3-cü və 4-cü yerlər arasındakı play-in seriyasının məğlubu ilə yenidən iki qələbəyədək mübarizə aparacaq. Bu seriyanın qalibi sonuncu yarımfinal vəsiqəsini qazanacaq və müntəzəm mövsümü 1-ci pillədə başa vurmuş komanda ilə qarşılaşacaq. Burada da meydan üstünlüyü müntəzəm mövsümü daha yüksək pillədə bitirmiş komandaya veriləcək.

    Yarımfinal və final mərhələləri maksimum beş oyundan ibarət seriya formatında keçiriləcək. Yarımfinal seriyasında ən tez üç qələbə qazanan komanda finala yüksələcək. Final seriyasında da ən tez üç qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının (ABL) çempionu elan olunacaq. 

    Müntəzəm mövsümü 7-ci və 8-ci pillələrdə başa vuran komandalar isə daha yüksək pillədə qərarlaşmış klubun meydanında keçiriləcək Play-Out oyununda qarşılaşacaqlar. Qalib komanda növbəti mövsüm üçün ABL-də iştirak hüququnu qoruyacaq.

    İştirakçı klublar və lisenziyalaşdırma.

    2025–2026-cı illər mövsümünün yekun nəticələrinə əsasən, yeni mövsümdə iştirak etmək hüququ qazanan klublar aşağıdakılardır:

    "Sabah" BK

    "Landau Lions" BK

    "Gəncə" BK

    "Neftçi" İK

    "Şəki" BK

    "Naxçıvan" BK

    "Ordu" İK

    "NTD" BK

    Qeyd olunan klublardan hər hansı biri iştirak üçün tələb olunan sənədləri təqdim etmədiyi və ya ABL Əsasnaməsində (2026/27) müəyyən edilmiş inzibati və idman tələblərinə cavab vermədiyi halda, ABF ötən mövsümü 9–12-ci yerlərdə başa vurmuş klublar arasında dəvət prosesinə başlayacaq. İştirakçı klubların yekun siyahısı, qeydiyyat və lisenziyalaşdırma prosesi başa çatdıqdan sonra təsdiqlənəcək.

    ABL 2026–2027 mövsümü üzrə əsas dəyişikliklər

    1. Üçüncü dövrədə meydan üstünlüyü.

    Müntəzəm mövsümün ilk iki dövrəsi ənənəvi ev-səfər sistemi üzrə keçiriləcək. Üçüncü dövrədə isə ilk iki dövrənin yekununa əsasən turnir cədvəlində daha yüksək pillədə qərarlaşmış komanda həmin qarşılaşmada meydan sahibi olacaq.

    2. Yerli oyunçuların limit qaydası.

    Yeni mövsümdə də ABL oyunları əvvəlki mövsümdə olduğu kimi "4+1" qaydası ilə keçiriləcək. Hər bir komanda oyun ərzində meydanda eyni vaxtda ən azı 1 yerli basketbolçunun iştirakını təmin etməlidir. Bununla yanaşı, ABL-də iştirak edən hər bir klub mövsüm başlamazdan əvvəl ABF-də ən azı 5 yerli basketbolçunu qeydiyyatdan keçirməlidir. Bu yanaşma yerli basketbolçuların inkişafının davamlı şəkildə dəstəklənməsi, onların oyun praktikası imkanlarının artırılması və milli komandalar üçün daha geniş oyunçu bazasının formalaşdırılması məqsədi daşıyır.

    3. İkili lisenziya sistemi.

    2005-ci il və ya daha sonra anadan olmuş basketbolçular bu mövsümdən etibarən ilk dəfə təşkil ediləcək Azərbaycan Basketbol İkinci Liqasında "İkili Lisenziya Sistemi" çərçivəsində çıxış etmək hüququna malik olacaqlar. Zərurət yarandıqda isə bu sistemdə iştirak etmələri məcburi olacaq. Bu təşəbbüs gənc basketbolçuların daha çox oyun praktikası əldə etməsinə və onların uzunmüddətli inkişafının sürətləndirilməsinə xidmət edəcək.

    4. Oyunçu və məşqçi agentlərinin akkreditasiyası.

    Yeni mövsümdən etibarən ABF oyunçu və məşqçi agentlərinin akkreditasiya sistemini tətbiq edəcək. Bu sistem danışıqlarda şəffaflığın artırılması, maraqlar toqquşmasının qarşısının alınması və nümayəndəlik fəaliyyətinin beynəlxalq peşəkar standartlara uyğun həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.

    Akkreditasiya sistemi yalnız Azərbaycan vətəndaşı olan oyunçu və məşqçilərin nümayəndəliyinə şamil olunur.

    ABL klubları ilə danışıqlarda Azərbaycan vətəndaşı olan oyunçu və ya məşqçini təmsil edən hər bir şəxs Azərbaycan Respublikası vətəndaşı olmalı, FIBA Agent Lisenziyasına malik olmalı və eyni zamanda ABF tərəfindən akkreditə edilməlidir.

    ABL-də iştirak edən oyunçuların, məşqçilərin, menecerlərin, klub rəsmilərinin və ya klublarda istənilən digər vəzifədə çalışan şəxslərin agent və ya vasitəçi qismində çıxış etməsi, transferləri həyata keçirməsi qəti qadağandır.

    Klublar və oyunçular yalnız şəxsən və ya ABF tərəfindən akkreditə olunmuş agentlərlə transfer və müqavilə danışıqları apara bilərlər. Qaydaları pozanlar barəsində ABL Əsasnaməsinə (2026/27) uygun olaraq intizam tədbirləri və sanksiyalar tətbiq edilə bilər.

    Federasiya hesab edir ki, bu təşəbbüs ölkə basketbolunda şəffaflığın, peşəkarlığın və idman mühitinin bütövlüyünün daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Azərbaycan Basketbol Federasiyası (ABF) Avropa klub turnirlərində ölkəmizi təmsil edəcək klublara uğurlar arzulayır, eləcə də bütün komandalar üçün rəqabətli, maraqlı və zədəsiz bir mövsüm diləyir.

    Basketbol

    Avropa çempionatı: Belçika Rumıniyanı məğlub edib, liderliyə yüksəldi

    25.08.2026 17:34:39
    Top oyunları

    Gəncə klubunda 3 ayrılıq

    24.08.2026 14:12:53
    Basketbol

    "LeBron Ceymslə ünsiyyət zamanı hələ də həyəcanlanıram" - Vi Cey Edjkomb

    23.08.2026 16:23:44
    Top oyunları

    Gəncə klubu legioner transferini açıqladı

    22.08.2026 17:48:47
    Basketbol

    Avrokuboklarda iştirak edəcək komandamızda daha bir müqavilə – FOTO

    22.08.2026 12:28:41
    Basketbol

    "Norveçdə həyat səviyyəsinin yüksək olması insanları idmana yönəltmir" – Amil Həmzəyevin Skandinaviya təəssüratları

    22.08.2026 11:28:25
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    UEFA və FIFA arasında gərginlik davam edir

    25.08.2026 22:03:53

    Ağır zədə aldı, 28 yaşında karyerasını bitirdi

    25.08.2026 21:31:12

    Niderland millisi Bakıda üçüncü qələbəsini qazandı

    25.08.2026 20:38:16

    "Sabah" – "Hapoel": HEYƏTLƏR

    25.08.2026 19:43:55

    Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu həbs olundu

    25.08.2026 18:46:09

    Millimiz Avropa birinciliyini 15 medalla tamamladı

    25.08.2026 18:14:55

    "Tvente" Bakıya 3 itki ilə gəlir

    25.08.2026 17:53:23

    Avropa çempionatı: Belçika Rumıniyanı məğlub edib, liderliyə yüksəldi

    25.08.2026 17:34:39

    Güləş yığmalarımızın Bakıdakı yarışlar üçün heyəti bilindi - ADLAR

    25.08.2026 17:10:58

    Avropa çempionatı: Biri 5-ci, digəri 6-cı oldu

    25.08.2026 16:41:16

    "Sabah"dan darmadağın, "Neftçi"dən qələbə

    25.08.2026 16:18:35

    Millimizin sabiq baş məşqçisi istefaya göndərildi

    25.08.2026 15:57:37

    "Qarabağ"da Elvin Cəfərquliyev şoku - Əməliyyat olunacaq

    25.08.2026 15:02:04

    "Xankəndi" kamerunlu hücumçu transfer etdi

    25.08.2026 14:43:16

    "Hapoel" "Sabah"la oyundan öncə hoteldə dini ayin keçirdi - FOTOLAR

    25.08.2026 14:09:28
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved