Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Qazaxda yeni güləş zalı istifadəyə verildi
    4.07.2026 10:36:22

    Azərbaycan Güləş Federasiyasının (AGF) regionlarda güləşin inkişafı və idman infrastrukturunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər davam edir.

    Prosport.Az xəbər verir ki, bu fəaliyyətin tərkib hissəsi olaraq, Qazax rayonunun Daş Salahlı kəndində sərbəst güləş zalı istifadəyə verilib. Daş Salahlı 1 nömrəli tam orta məktəbin 2006-cı il məzunlarının maddi dəstəyi ilə inşa edilən bu idman ocağında 120-yə yaxın yeniyetmə güləşin sirlərinə yiyələnir.

    Bu gün güləş zalının açılış mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, AGF-nin baş katibi Pərvin Piriyev, AGF-nin Etika və İntizam Komitəsinin üzvü Firdovsi Umudov, U17 milli komandanın böyük məşqçisi Hacı Əliyev, Qərb bölgəsinin idman ictimaiyyətinin nümayəndələri, məşqçilər, veteran güləşçilər və kənd sakinləri iştirak ediblər.

    Güləş zalında yaradılmış şəraitlə tanış olan qonaqlar yeniyetmə güləşçilərlə söhbət edib, onlara öz tövsiyələrini çatdırıblar. Bildirilib ki, yeni idman obyekti regionda güləşin inkişafına, uşaq və yeniyetmələrin sağlam həyat tərzinə cəlb olunmasına, gələcək çempionların yetişməsinə mühüm töhfə verəcək. Dövlətin idmana göstərdiyi diqqət və qayğı, eləcə də Azərbaycan Güləş Federasiyasının bölgələrdə idman infrastrukturunun inkişafına yönəlmiş fəaliyyəti xüsusi vurğulanıb.

    Qeyd olunub ki, Qazaxın 2026-cı il üçün Azərbaycanın İdman Paytaxtı elan edilməsi rayonda idmanın inkişafına yeni təkan verib. Daş Salahlıda istifadəyə verilən yeni güləş zalı da bu əlamətdar il çərçivəsində idman infrastrukturunun genişləndirilməsinə, gənc nəslin sağlam həyata təşviqinə və idmana cəlbinə xidmət edən mühüm layihələrdən biridir.

    Tədbirdə İslam Həmrəyliyi Oyunlarının mükafatçısı, Daş Salahlı güləş zalında məşqçi-müəllim kimi fəaliyyət göstərən Əsgər Məmmədəliyevin rəhbərliyi ilə nümunəvi məşq keçirilib. Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Hacı Əliyevin iştirakı ilə imza mərasimi də təşkil olunub.

    Azərbaycan Güləş Federasiyası tərəfindən güləş xalçası və zəruri idman avadanlıqları ilə təchiz edilmiş bu idman ocağının fəaliyyətə başlaması Daş Salahlı və ətraf yaşayış məntəqələrində güləşlə məşğul olanlar üçün daha əlverişli məşq şəraiti yaradacaq, regionda bu idman növünün inkişafına əlavə stimul verəcək.

    Güləş

    Qadın güləşçimiz reytinq turnirində ilk dəfə medal qazandı

    17.07.2026 23:07:44
    Güləş

    Bakıda keçiriləcək dünya çempionatının biletləri satışda

    17.07.2026 13:09:46
    Güləş

    Reytinq turniri: 2 güləşçimiz medal qazandı

    17.07.2026 00:03:55
    Güləş

    Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

    16.07.2026 11:16:14
    Güləş

    Azərbaycanı ilin son reytinq turnirində onlar təmsil edəcək – ADLAR

    14.07.2026 12:47:05
    Güləş

    Bakıda keçiriləcək dünya çempionatının loqosu təsdiqləndi

    13.07.2026 18:14:01
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz İsveçrə üzərində əzmkar qələbə qazandı

    17.07.2026 23:43:46

    "Kəpəz" fransalı futbolçu transfer etdi – ÖZƏL

    17.07.2026 23:21:34

    Qadın güləşçimiz reytinq turnirində ilk dəfə medal qazandı

    17.07.2026 23:07:44

    “Qarabağ” və “Neftçi” eyni gündə Bolqarıstanda oyun keçirəcək

    17.07.2026 22:50:53

    "Sumqayıt"dan ayrılıb, "Şamaxı"ya keçdi

    17.07.2026 21:57:51

    "Şəfa" – "İmişli" oyununda 4 qol vuruldu

    17.07.2026 21:09:25

    "Turan Tovuz" ilk yoxlama oyununda heç-heçə etdi

    17.07.2026 20:35:57

    Blatter FIFA-nı ağ yuyub, qara sərdi

    17.07.2026 20:28:02

    "Sumqayıt" Abdul Raşid Mumini ilə yollarını ayırdı

    17.07.2026 19:45:46

    Bu dəfə mətbuat konfransı azarkeşlər üçün olacaq

    17.07.2026 19:22:58

    "Zirə"dən ayrılan futbolçu Liqa 1 klubunda

    17.07.2026 18:47:38

    FIFA "Səbail"ə transfer qadağası qoydu

    17.07.2026 18:15:19

    "Qarabağ"ın rəqibi Bakıya azarkeşsiz gələ bilər

    17.07.2026 17:38:01

    Federasiya nümayəndələri arasında maraqlı yarış: Ən böyük balığı kim tutdu? - FOTOLAR

    17.07.2026 17:07:22

    PFL bəzi stadionlarda oyunların keçirilməsinə qadağa qoydu

    17.07.2026 16:50:09
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved