Avrokuboklara buraxılmayan "Turan Tovuz"dan ayrılanların sayı 5-ə çatıb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Filip Ozobiç, Şəhriyar Əliyev, Tural Bayramlı və Sergey Samokdan sonra İbrahima Vadji də komandanı tərk edib.
Ötən ilin yayında "Sent-Etyen"dən bura gələn seneqallı hücumçu klubun yeni müqavilə şərtlərini qəbul etməyib. "Qarabağ"ın 2022-ci ilin sentyabrında 1,8 milyon avro qarşılığında Fransa klubuna satdığı forvard aylıq maaşının artırılmasını istəyib.
Yerli funksionerlər isə onun bu mövqeyi ilə razılaşmayıb. Vadjiyə son olaraq 200 min dollardan aşağı rəqəmə 1 illik müqaviləyə qol çəkmək təklif edilib.

