Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        MMA
    "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram" - Azərbaycan döyüşçüsü
    22.06.2026 16:42:42

    "Rəqibimin kim olmasının mənim üçün böyük əhəmiyyəti yoxdur. O, braziliyalıdır, Braziliya ciu-citsu döyüş məktəbindən gəlir. Amma ona demək istəyirəm ki, hazır olsun. Onun güclü tərəflərini bilirəm, hörmətlə yanaşıram. Mən oktaqona yalnız qələbə qazanmaq üçün çıxıram və öz gücümü göstərməyə hazıram. Mənim ləqəbim "Tank"dır. Rəqibimin üzərindən tank kimi keçməyə hazıram".

    Prosport.Az xəbər verir ki, bu sözləri Azərbaycan idmançısı Tahir Abdullayev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı danışarkən deyib.

    Onun sözlərinə görə, UFC-də döyüşmək böyük şans və uzun illərin əməyinin nəticəsidir: "15 yaşımdan idmanla məşğulam, 18 yaşımdan isə peşəkar döyüşlərə çıxıram. UFC-yə düşmək həmişə ən böyük məqsədlərimdən biri olub və bu gün artıq dünyanın ən güclü təşkilatında çıxış etmək imkanı qazanmışam. ABŞ-də təlim-məşq toplanışında olanda UFC ilə müqavilə bağlamağa hazırlaşırdım. Əvvəlcə başqa rəqiblə döyüşməli idim, lakin sonradan planlar dəyişdi və mənə Bakıda keçiriləcək turnirdə iştirak etmək təklif olundu. Döyüş təklifi gələndə çox düşünmədən qəbul etdim. Bakıda, doğma azarkeşlər qarşısında UFC-də döyüşmək mənim üçün qürur mənbəyidir. Bu, uzun illər arzuladığım bir məqamdır. Doğma publikanın dəstəyi mənə əlavə motivasiya verir. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm".

    Abdullayev hazırda bütün diqqətini qarşıdakı döyüşə yönəltdiyini vurğulayıb: "Məqsədim UFC-də uğurlu çıxış etmək, qələbələr qazanmaq və gələcəkdə daha böyük hədəflər uğrunda mübarizə aparmaqdır. Bütün azarkeşlərə dəstəklərinə görə təşəkkür edirəm. Mən döyüşə çıxanda dayanmadan dəstəkləyin. İyunun 27-də Milli Gimnastika Arenasında görüşərik. Sizin dəstəyinizlə birlikdə möhtəşəm döyüş gecəsi yaşayacağımıza inanıram".

    Xatırladaq ki, bu il UFC döyüş gecəsi iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

    MMA

    Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək – FOTO

    20.08.2026 09:27:57
    Döyüş növləri

    UFC döyüşçüsü: "Maliyyə və menecer olmadan uzağa getmək çətindir" - VİDEO

    12.08.2026 18:10:13
    MMA

    UFC döyüşçüsü Şavkat Raxmonovun atası vəfat edib

    9.08.2026 21:41:33
    Döyüş növləri

    Tofiq Musayev UFC-də 2-ci qələbəsini qazandı

    1.08.2026 21:18:34
    MMA

    Maqomed Ankalayev Bordan Quskovu nokaut etdi

    26.07.2026 11:27:57
    MMA

    Vüqar Kərəmovun Yaponiyadakı döyüşünün vaxtı bilindi

    20.07.2026 13:27:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Ümumi məqsəd futbolun inkişafıdır” – Mehman Əlimov

    24.08.2026 23:42:52

    "Qarabağ"la oyun öncəsi "Tvente"də yeni müqavilə

    24.08.2026 23:40:26

    Ramil Şeydayev KAMAZ-a qarşı oynadı

    24.08.2026 23:09:31

    "Karvan-Yevlax" növbəti transferini açıqladı

    24.08.2026 22:43:17

    "Qarabağ"dan inamlı qələbə, "Neftçi" darmadağın oldu

    24.08.2026 22:15:31

    "Turan Tovuz"un qolu niyə sayılmadı? - VİDEO

    24.08.2026 21:43:03

    Avropa çempionatı: Millimizdən ardıcıl 3-cü qələbə

    24.08.2026 21:19:50

    "Bu stadionda oynamağı sevirik" - Velko Simiç

    24.08.2026 21:06:58

    "Sabah qalib gələcəyimizə inanırıq" – Valdas Dambrauskas

    24.08.2026 20:55:59

    Bakıdakı nüfuzlu yarışların azərbaycanlı hakimləri açıqlandı

    24.08.2026 20:39:15

    “Zirə” - “Neftçi” matçının başlama saatı bilindi

    24.08.2026 20:07:59

    "Ailəm "Sabah"la oyunu tribunadan izləyəcək" - Ran Kojux

    24.08.2026 19:12:17

    "Xəyal qurmaq insanın təbiətində var, lakin hələ yolun yarısındayıq" - "Hapoel"in qapıçısı

    24.08.2026 19:03:45

    "Karvan-Yevlax" Ezeni heyətinə qatdı

    24.08.2026 18:40:13

    Kevin Medina yeni klubunda ilk titulunu qazandı - FOTO

    24.08.2026 18:15:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved