Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan "Sabah" hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.
Prosport.Az xəbər verir ki, komandanın ilk rəqibi Rumıniyanın "Universitatya Krayova" klubu olacaq. Matç iyunun 24-də baş tutacaq.
Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda iyunun 28-də Macarıstanın "Ferensvaroş", iyulun 2-də isə Ukraynanın "Polessye" kollektivləri ilə qarşılaşacaq.

