Daha bir futbolçu Azərbaycanı tərk etdikdən sonra Ermənistana yollanıb.
Prosport.Az xəbər verir ki, “Qəbələ”dən ayrılan Domi Massumo “Alaşkert”də oynayacaq.
23 yaşlı konqolu hücumçu 2024-cü ildən “Qəbələ”də çıxış edirdi. Sol cinah vingeri klubla müddəti başa çatan müqaviləsinin müddətini uzatmayıb.
Masumodan öncə ötən mövsümü “Şamaxı”da keçirən braziliyalı müdafiəçi Sezar Enrike “Alaşkert”lə müqavilə imzalayıb.

