Futbol üzrə dünya çempionatında Belçika İranla qarşılaşıb.
Prosport.Az xəbər verir ki, Los-Anceles stadionunda keçirilən G qrupunun II turunun matçında hesab açılmayıb – 0:0.
Avropalılar qarşılaşmanı 10 nəfərlə başa vurub. Natan Enqoy 66-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Qeyd edək ki, bu qrupun digər oyununda Bakı vaxtı ilə saat 05:00-da Yeni Zelandiya Misir ilə qarşılaşacaq. Bu qrupda keçirilən qarşılaşmalarda hələ ki qalib müəyyənləşməyib.

