DÇ-2026-da qrup mərhələsinin II turu davam edir.
Prosport.Az xəbər verir ki, H qrupunda keçirilən qarşılaşmada İspaniya millisi Səudiyyə Ərəbistanı yığması üzərində inamlı qələbə qazanıb.
Son Avropa çempionları rəqibini 4:0 hesabı ilə darmadağın edib.
Matçda hesabı 10-cu dəqiqədə Lamin Yamal açıb. Daha sonra Mikel Oyarsabal 21 və 24-cü dəqiqələrdə fərqlənərək dubla imza atıb. Səudiyyə Ərəbistanının müdafiəçisi Hassan Əl-Tombakti isə 49-cu dəqiqədə topu öz qapısından keçirərək görüşün yekun hesabını müəyyənləşdirib.
