İspaniya millisinin hücumçusu Mikel Oyarsabal DÇ-2026-nın H qrupunun 2-ci turunda Səudiyyə Ərəbistanına qarşı keçirilən oyunun (4:0) ən yaxşı futbolçusu seçilib.
Prosport.Az xəbər verir ki, Oyarsabal qarşılaşmada üç qol epizodunda həlledici rol oynayıb. Təcrübəli hücumçu 10-cu dəqiqədə Lamin Yamalın vurduğu ilk qolda məhsuldar ötürmə ilə yadda qalıb. O, daha sonra 21 və 24-cü dəqiqələrdə fərqlənərək dubla imza atıb.
Beləliklə, Mikel Oyarsabal İspaniya millisinin inamlı qələbəsində əsas pay sahiblərindən biri olub və görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.
Qeyd edək ki, İspaniya millisi qrup mərhələsinin son turunda Uruqvay yığması ilə qarşılaşacaq. Matç iyunun 27-də keçiriləcək.

