“Neftçi” PFK kapitanları Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətlərini uzadıb.
Prosport.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni razılaşmaya əsasən, Emin Mahmudovla 1+1 illik, Emil Balayevlə isə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2017/18 mövsümündən etibarən “Neftçi”nin formasını geyinən Emin Mahmudov geridə qalan doqquz mövsüm ərzində 289 rəsmi oyunda meydana çıxıb və 72 qol vurub.
“Neftçi”nin yetirməsi olan Emil Balayev isə 2012/13–2014/15 və 2023/24–2025/26 mövsümlərində komandanın şərəfini qoruyub. Təcrübəli qapıçı bu müddətdə 25 rəsmi matçda iştirak edib.

