"Qarabağ" heyətində daha bir futbolçu ilə müqavilə yenilənib.
Prosport.Ax xəbər verir ki, klub Azərbaycan milli komandasının Dağıstan əsilli mərkəz müdafiəçisi Bədəvi Hüseynov ilə yeni 1 illik sözləşmə imzalayıb.
Razılaşmaya əsasən, 34 yaşlı futbolçu 2027-ci ilin yayına qədər Ağdam təmsilçisinin uğurları üçün çıxış edəcək.
2012-ci ildən “Qarabağ”ın formasını geyinən Bədəvi Hüseynov klubun əsas simalarından biri kimi uzun illərdir komandanın müdafiə xəttində yer alır. O, Premyer Liqada 267 oyunda 5 qola imza atıb.
Təcrübəli müdafiəçi “Qarabağ”la 11 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandada isə 82 oyuna çıxaraq 1 qola imza atıb.
