2026-cı il dünya çempionatının E qrupunda keçirilən Ekvador – Kurasao oyunundan sonra qarşılaşmanın ən yaxşı futbolçusu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, matçın ən yaxşı oyunçusu adına Eloy Room layiq görülüb.
Kurasao millisinin təcrübəli qapıçısı görüş ərzində möhtəşəm performans sərgiləyərək komandasını 15 dəfə real qol təhlükəsindən xilas edib. Onun inamlı oyunu sayəsində komanda güclü rəqibi qarşısında qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Ekvador və Kurasao yığmaları arasında keçirilən qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.

