Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyunu başa çatıb.
Prosport.Az xəbər verir ki, Hyuston stadionunda keçirilən F qrupunun II tur matçında Niderland millisi böyükhesablı qələbə qazanıb - 5:1.
"Narıncılar"ın heyətində Brayan Brobbi (5, 17) və Kodi Qakpo (47, 54) dubla imza atıblar. Digər qolu isə Krisensio Sammervill 89-cu dəqiqədə rəqib qapısından keçirib. İsveç yığmasının yeganə qolunu 59-cu dəqiqədə Entoni Elanqa vurub.
Beləliklə, Niderland 4 xalla ilk pilləyə yüksəlib.

