Uzun müddətdir yenidənqurma işləri aparılan Gəncə stadionunun istifadəyə verilməsinə sayılı günlər qalıb.
UEFA standartlarına uyğun şəkildə yenidən qurulan arena artıq son tamamlama mərhələsinə daxil olub və yaxın zamanda futbolsevərlərin istifadəsinə veriləcək.
Yeni mövsümdən etibarən Premyer Liqada çıxış edən "Kəpəz" ev oyunlarını məhz bu stadionda keçirəcək. Bununla yanaşı, arenada milli komandanın da oyunlarının təşkili planlaşdırılır.
Prosport.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, AFFA qərarına əsasən Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ev matçları Gəncə stadionunda baş tutacaq.
Beləliklə, Azərbaycan milli futbol komandası oktyabr ayında Litva və Lixtenşteynlə oyunlarını ölkənin ikinci böyük şəhərində keçirəcək. Bu qarşılaşmalar yenilənmiş stadionda ilk beynəlxalq oyunlar olacaq.
Millimiz oktyabrın 1-də Lixtenşteyni, 4-də isə Litvanı qəbul edəcək.

