“Zirə” yeni mövsüm üçün heyətinə daha bir futbolçu qatıb.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi yola saldığı braziliyalı qapıçı Tyaqo Silvanın yerinə onun həmyerlisi Maykon Kleytonla anlaşıb.
27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Kleyton karyerası ərzində ölkəsində “Santa Kruz”, “Red Bull Bragantino”, “Vitoriya”, “Seara” və Portuqaliyanın “Portimonensi” klublarında çıxış edib.
Maraqlıdır ki, onun 2027-ci ilədək "Portimonensi" ilə müqaviləsi olsa da, transfer pulsuz başa gəlib. O, "Portimonensi"nin əsas qapıçısı olub və 18 oyunda meydanda olub.
Qeyd edək ki, “Zirə” daha əvvəl Amin Seydiyev transferini də rəsmiləşdirib.

