Bakı təmsilçisi dayaq yarımmüdafiəçisi Elvin Camalov ilə müqaviləni yeniləyib.
Prosport.Az xəbər verir ki, yeni anlaşma 1+1 illik müddəti əhatə edir.
Qeyd edək ki, futbolçu 2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunub. O, bu müddətdə 28 rəsmi oyunda meydana çıxaraq 1 qolla yadda qalıb.
Xatırladaq ki, paytaxt klubu son günlərdə heyətini gücləndirmək istiqamətində də addımlar ataraq Rüfət Abbasov və Qustavo Klisman Dimaraeş Miranda kimi futbolçuları da transfer edib.

