Futbol üzrə dünya çempionatında beşqat dünya çempionları Braziliya Haiti yığmasına qalib gəlib.
Prosport.Az xəbər verir ki, Filadelfiya stadionunda keçirilən C qrupunun II turunun matçında "sambaçılar" 3:0 hesablı qələbəyə sevinib.
Braziliyanın qollarını Mateus Kunya (23, 36) və Vinisius Junior (45+3) vurub. Beləliklə, Braziliya top fərqinə qrupda liderliyi ələ keçirib.
Qeyd edək ki, bu qrupun digər görüşündə Mərakeş Şotlandiyanı 1:0 hesabı ilə məğlub edib.


