Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Azərbaycanın futbol mütəxəssisinin 70 illik yubileyi qeyd olundu – FOTOLAR
    20.06.2026 15:14:30

    Olimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzinin stadionunda görkəmli futbol mütəxəssisi Hüseyn İsmayılovun anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib

    Prosport.Az xəbər verir ki, mərhum məşqçinin yetirmələrinin, futbol veteranlarının və media nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə jurnalist İlqar Tağıyev açıb. O, çıxışında Hüseyn İsmayılovun həyat və fəaliyyətindən bəhs edərək, Azərbaycan futbolunun inkişafında göstərdiyi xidmətləri xüsusi vurğulayıb.

    İlqar Tağıyev qeyd edib ki, Hüseyn İsmayılov uzun illər ərzində gənc futbolçuların yetişməsində mühüm rol oynayıb. Onun rəhbərliyi altında peşəkar futbolçu kimi formalaşan Fərrux İsmayılov, Samir Əliyev, Samir Musayev, Rizvan Fərzəliyev, Zaur Ramazanov və Müşfiq Qənbərov kimi futbolçular sonradan ölkə futbolunun tanınmış simalarına çevrilərək Azərbaycan milli komandalarının şərəfini qoruyublar.

    Tədbirdə çıxış edən Hüseyn İsmayılovun yetirmələri Fərrux İsmayılov, Araz Əliyev və Rövşən Babayev məşqçiləri ilə bağlı xatirələrini bölüşüb, onun həm peşəkar mütəxəssis, həm də qayğıkeş insan kimi yaddaşlarda qaldığını bildiriblər.

    Məşqçinin oğlu Taleh İsmayılov isə belə bir tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb. O qeyd edib ki, Hüseyn İsmayılovun yetirmələrinin bu gün də məşqçi və mütəxəssis kimi Azərbaycan futboluna xidmət etməsi onun məktəbinin yaşadığını göstərir.

    Yubiley tədbiri çərçivəsində maraqlı futbol qarşılaşması da təşkil olunub. Bir vaxtlar Hüseyn İsmayılovun təsis etdiyi “Naxçıvan” komandası ilə jurnalist və veteran futbolçulardan ibarət “Media Team” komandası arasında keçirilən yoldaşlıq oyunu 7:7 hesablı heç-heçə ilə başa çatıb.

    Qeyd edək ki, Hüseyn İsmayılov Azərbaycan futbolunda gənc istedadların üzə çıxarılması və onların peşəkar futbolçu kimi yetişməsində mühüm xidmətləri ilə yadda qalıb. Onun tələbələri müxtəlif illərdə ölkə futbolunun uğurlarında əhəmiyyətli pay sahibi olublar.

    Hüseyn İsmayılov SSRİ-nin dağıldığı son böhranlı illərində və ölkəmizin müstəqilliyinin ilk illərində, yəni, ən çətin dövrdə öz fədakarlığı, futbola olan sevgi və xüsusi diqqəti ilə uşaq və yeniyetmə futbolunun ayaqda qalmasında böyük rolu olub. Məhz bu səbəbdəndir ki, illər sonra da yetirmələri və futbol ictimaiyyəti onu hörmət və sevgi ilə yada salırlar.

    Futbol

    Cavid Hüseynov istefaya göndərildi - SON DƏQİQƏ

    21.09.2026 15:42:09
    Futbol

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57
    Futbol

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30
    Futbol

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15
    Futbol

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    Futbol

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Cavid Hüseynov istefaya göndərildi - SON DƏQİQƏ

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved