Braziliya millisinin sabiq üzvü, dünya futbolunun əfsanələrindən biri olan Ronaldinyo yenidən yaşıl meydanlara qayıtmağa hazırlaşır.
Prosport.Az xəbər verir ki, bu barədə "Sky Sport İtalia" məlumat yayıb. 46 yaşlı keçmiş futbolçu İtaliya üçüncü liqasında çıxış edən "Ravenna" ilə müqavilə imzalayacaq. Ronaldinyonun təqdimat mərasiminin iyunun 23-də Mayamidə keçiriləcəyi bildirilir.
Məlumata əsasən, braziliyalının komandada müntəzəm forma geyinməsi gözlənilmir. Onun əsasən qısa müddətlərdə meydana çıxacağı ehtimal olunur. Buna baxmayaraq, transfer klub üçün böyük reklam və media uğuru hesab edilir.
Xatırladaq ki, Ronaldinyo karyerasını 2018-ci ilin yanvarında başa vurduğunu açıqlamışdı. Əfsanəvi futbolçunun son rəsmi oyunu isə 2015-ci ildə baş tutmuşdu.

