Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Rafael Fiziyev UFC turniri üçün Bakıya gəldi – FOTOLAR
    20.06.2026 14:43:49

    Milli Gimnastika Arenasında iyunun 27-də keçiriləcək "UFC Fight Night Baku" turnirinin əsas döyüşünün iştirakçısı olan Rafael Fiziyev Bakıya gəlib.

    Prosport.Az xəbər verir ki, Azərbaycan döyüşçüsünü Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər və yaxınları qarşılayıblar.

    O, qurumun mətbuat xidmətinə qarşıdakı döyüşlə bağlı açıqlama verib: "Yenidən Bakıya, doğma Azərbaycana qayıtmaq çox xoş hissdir. Qarşıda məni vacib və məsuliyyətli döyüş gözləyir. Özümü əla hiss edirəm, motivasiyam yüksəkdir və tam hazıram. Hazırda bütün diqqətim döyüşə yönəlib və səbirsizliklə oktaqona çıxacağım anı gözləyirəm. Şənbə günü azarkeşləri möhtəşəm döyüş gözləyir. Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır. Bu dəfə də fərqli olmayacaq".

    O, rəqibini incələdiklərini vurğulayıb: "Rəqibimin döyüşlərini 1-ci raundda başa vurması ilə bağlı söhbətlərə gəlincə, MMA-da hər şey bir anın içində dəyişə bilər. Bir zərbə, bir səhv bütün döyüşün taleyini həll edə bilər. Rəqibim aqressiv üsluba malikdir, daim irəli gedir və zərbələrinə tam gücünü qoyur. Son döyüşlərinin bir neçəsini ilk raundda başa vurub. Amma bu mənim hazırlığıma və yanaşmama təsir etmir. Oktaqonda hər şey mümkündür. Bu döyüşə gedən yol uzun olub. İllərlə çalışmışıq və indi bütün zəhmətin bəhrəsini göstərmək vaxtıdır. Bütün azarkeşlərimizi arenaya dəvət edirəm. Sizin dəstəyiniz bizə əlavə güc verir. İnanıram ki, tribunaların enerjisini hiss edərək Azərbaycanı layiqincə təmsil edəcəyik. Şənbə günü birlikdə möhtəşəm atmosfer yaradaq."

    Qeyd edək ki, turnir 27 iyunda Milli Gimnastika Arenasında baş tutacaq. Əsas döyüşdə, yüngül çəki dərəcəsində Rafael Fiziyev və Manuel Torres (Meksika) oktaqonda üz-üzə gələcəklər.

    MMA

    Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək – FOTO

    20.08.2026 09:27:57
    MMA

    UFC döyüşçüsü: "Maliyyə və menecer olmadan uzağa getmək çətindir" - VİDEO

    12.08.2026 18:10:13
    Döyüş növləri

    UFC döyüşçüsü Şavkat Raxmonovun atası vəfat edib

    9.08.2026 21:41:33
    Döyüş növləri

    Tofiq Musayev UFC-də 2-ci qələbəsini qazandı

    1.08.2026 21:18:34
    MMA

    Maqomed Ankalayev Bordan Quskovu nokaut etdi

    26.07.2026 11:27:57
    MMA

    Vüqar Kərəmovun Yaponiyadakı döyüşünün vaxtı bilindi

    20.07.2026 13:27:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Karvan-Yevlax" Ezeni heyətinə qatdı

    24.08.2026 18:40:13

    Kevin Medina yeni klubunda ilk titulunu qazandı - FOTO

    24.08.2026 18:15:05

    Filip Ozobiçin yeni klubu bəlli oldu

    24.08.2026 17:40:05

    Niderland millisi Bakıda 2-ci qələbəsini qazandı

    24.08.2026 17:14:07

    Avropa birinciliyində bürünc medal

    24.08.2026 16:43:04

    "Neftçi"nin 90 illiyində çempion olmaq istəyirik" – Rüfət Abbasov

    24.08.2026 16:09:16

    Qubada III "Ulduz Cup" beynəlxalq turniri start götürdü

    24.08.2026 15:46:23

    AFFA aşağı yaş qrupları üzrə yığmaların yeni baş məşqçilərini açıqladı - FOTO

    24.08.2026 15:02:44

    Millimizin futbolçusu "sarı" aldı, komandası xal itirdi

    24.08.2026 14:47:09

    Gəncə klubunda 3 ayrılıq

    24.08.2026 14:12:53

    “Sumqayıt”dan ayrılan futbolçu Sloveniyaya klubuna keçdi

    24.08.2026 13:37:55

    Millimizin üzvü Macarıstanda növbəti oyuna çıxdı

    24.08.2026 12:45:30

    Debüt matçında zədələndi

    24.08.2026 12:10:18

    "İspaniya ilə oyuna ciddi hazırlaşmışdıq" - Yelizaveta Ruban

    24.08.2026 11:42:28

    U-15 dünya çempionatı üçün ilk seçim turnirinin qalibi bilindi

    24.08.2026 11:16:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved