Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Türkiyə millisinin futbolçuları azarkeşlərdən üzr istədi
    20.06.2026 14:15:00

    Türkiyə millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində mübarizəni dayandırdıqdan sonra komandanın aparıcı futbolçuları Arda Gülər və Hakan Çalhanoğlu azarkeşlərə müraciət ediblər.

    Prosport.Az xəbər verir ki, Paraqvaya 0:1 hesablı məğlubiyyətdən sonra danışan Arda Gülər komandanın uğursuz çıxışına görə böyük xəcalət hissi keçirdiklərini bildirib.

    "Doğrudan da deyiləcək çox söz yoxdur. Çox üzgünük, utanırıq. Bütün xalqımızdan üzr istəyirik. Növbəti turnirlərdə əlimizdən gələni edəcəyik. Mən də hər turnirdə bunu unutdurmaq üçün əlimdən gələni edəcəyəm. Hamımız böyük klublarda çıxış edirik, belə olmamalı idi. Üzr istəyirik", – deyə yarımmüdafiəçi Arda Gülər vurğulayıb.

    Gənc futbolçu komanda daxilində heç bir problemin olmadığını da qeyd edib: "Yoldaşlıqla bağlı heç bir problem yoxdur. Sadəcə meydanda istədiyimizi edə bilmədik, qol vura bilmədik. Bir daha üzr istəyirik".

    Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu da uğursuzluğun ağır təsir bağışladığını etiraf edib.

    "Hazırda söz tapmaq çox çətindir. Bu mərhələyə qədər özümüz gəlib çıxmışıq. İki oyundur hər şeyi sınadıq. Zərbə vururuq, alınmır, cəhd edirik, alınmır. Bu, bir qədər bəxtsizlikdir. Rəqib ilk zərbəsində qolu vurdu", – deyə təcrübəli futbolçu bildirib.

    Çalhanoğlu komandanın gələcəyinə də ümidlə baxdığını söyləyib: "Biz gənc komandayıq, qarşıda bizi daha çox turnir gözləyir. Bəlkə də bu, mənim son dünya çempionatım oldu. Hamı çox üzgündür, sarsılıb. Çalışdıq, amma alınmadı. Bu da hamımız üçün təcrübə oldu".

    Kapitan Türkiyə millisinin mundiala qədər keçdiyi yolun da unudulmamalı olduğunu vurğulayıb: "Özümüzlə qürur duymalıyıq. Bu səviyyəyə asan gəlməmişik. Haralardan buralara çatmışıq. Belə şəkildə mübarizədən kənarda qalmağı qəbul etmək çətindir. Futbol bəzən amansız olur. Bundan nəticə çıxarmalıyıq. Yenə bir zərbə ilə oyunu uduzduq".

    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Futbol

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56
    Futbol

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33
    Futbol

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50
    Futbol

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved