Futbol üzrə dünya çempionatında Türkiyə Paraqvay millisinə məğlub olub.
Prosport.Az xəbər verir ki, San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:1 hesabı ilə uduzublar. 2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.
Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qırmızı vərəqə ilə cəzalandırılıb.
Qrupun digər oyununda ABŞ seçməsi Avstraliyaya 2:0 hesabı ilə qalib gəlib. Bununla da qrupdakı ilk 2 matçında uduzan Türkiyə yığmasının növbəti mərhələyə çıxmayacağı dəqiqləşib.
C qrupunda isə Braziliya Haiti yığmasına 3 cavabsı qolla qalib gəlib. Filadelfiya stadionunda keçirilən matçda qolları Mateus Kunya (23, 36) və Vinisius Junior (45+3) vurublar.

