“Neftçi” yarımmüdafiəçi Cordan Resabala ilə vidalaşıb.
Prosport.Az xəbər verir ki, ekvadorlu futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, ötən ilin yayında sabiq baş məşqçi Samir Abasovun istəyilə ("Sumqayıt"dan tanıyırdı) Bakı təmsilçisinə transfer olunan Cordan Resabala “Neftçi”nin heyətində 26 rəsmi matçda forma geyinib.
Xatırladaq ki, “ağ-qaralar” yay fasiləsində bundan əvvəl Vensan Abubakar, Edvin Kuç, Kristian Kosti və Murad Məmmədovla da yollarını ayırıb.

