“Şamaxı”nın qapıçısı Rikardu Fernandeşin “Zirə”yə transferi baş tutmaya bilər.
Prosport.Az xəbər verir ki, Tyaqo Silvanı əvəz edəcəyi deyilən portuqaliyalı qolkiperin böyük ehtimalla hazırkı komandasında qalacağı bildirilir.
Sportal.az-a danışan 31 yaşlı qapıçı transfer xəbərlərindən xəbərsiz olduğunu deyib:
“Bu barədə heç nə bilmirəm. Sadəcə mediada yazılanları oxumuşam. Bu mövzu ilə bağlı məlumatım yoxdur. Mən “Şamaxı”nın futbolçusuyam və bu klubla müqaviləm qüvvədədir. Maraqlanan klubların olub-olmadığını deyə bilmərəm”, – deyə Rikardu Fernandeş bildirib.

