I və II Liqada keçirilən “Ayın qolu” layihəsinin qalibləri mükafatlandırılıb.
Prosport.Az xəbər verir ki, II Liqada azarkeşlərin səsverməsində ən çox səs toplayan “Göygöl”ün futbolçusu Taleh Hüseynzadə mükafata layiq görülüb.
I Liqada isə “Mingəçevir”in üzvü Elmin Bayramov “Ayın qolu” adına sahib çıxıb.
Peşəkar Futbol Liqasının inzibati binasında təşkil olunan tədbirdə qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev hər iki futbolçuya mükafatlarını təqdim edib.

