Kevin Medinanın ardınca daha bir önəmli futbolçu “Qarabağ”ı tərk edib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Leandro Andrade Ağdam klubundan ayrılıb.
O, Azərbaycan təmsilçisini Ukraynanın "Polessye” komandasına dəyişib. Ötən mövsümün yekunlarına əsasən, çempionatı 3-cü pillədə başa vuraraq UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanan Jitomir təmsilçisi Avropada kabo-verdeli vingerin zəngin avrokubok təcrübəsindən yararlanmağı düşünür.
“Polessye” Andrade, həm də “Qarabağ” ilə bütün detalları razılaşdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar ayından “köhlən atlar”ın şərəfini qoruyan 26 yaşlı futbolçu bütün turnirlərdə 213 oyunda meydana çıxmaqla 60 qol vurub, 61 qolun ötürməsini verib.
“Qarabağ” mövsüm başa çatandan sonra Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmaee, Toral Bayramov və Kevin Medina ilə rəsmən yollarını ayırıb. Elvin Cəfərquliyevlə Abbas Hüseynov isə əsas komandadan uzaqlaşdırılıb.

