Fil Dişi Sahili millisinin hücumçusu Elye Vai Kanada vizası ilə bağlı yaranan problem səbəbindən DÇ-2026-nın Almaniyaya qarşı keçiriləcək oyununu buraxacaq.
Prosport.Az xəbər verir ki, bu barədə Fil.Dişi Sahili Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçu lazımi icazələri əldə edə bilmədiyindən komanda ilə birlikdə Kanadaya yollana bilməyib. Elye Vai ABŞ-da qalaraq yığmanın turnirdəki çıxışını başa vurmasını gözləyəcək.
Qeyd edək ki, o, Kanada vizası problemi səbəbindən dünya çempionatında oyun buraxan 2-ci futbolçu olub. Daha əvvəl Qana millisinin yarımmüdafiəçisi Tomas Parti də eyni səbəbdən yığmasına kömək edə bilməmişdi.

