Almaniyanın "Bayern" klubu dünya çempionatlarının final mərhələlərində futbolçularının vurduğu qolların sayına görə yeni rekorda imza atıb.
Prosport.Az "Stats Foot"a istinadən xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turundan sonra Münxen təmsilçisinin oyunçuları mundiallarda ümumilikdə 83 qol vurublar.
Bununla da "Bayern" 82 qolla bu göstəricidə lider olan "Real"ı geridə qoyaraq zirvəyə yüksəlib. Siyahıda 3-cü yerdə isə 76 qolla "Barselona" qərarlaşıb.
Qeyd edək ki, DÇ-2026-nın ilk turunda Hari Keyn (İngiltərə), Camal Musyala (Almaniya) və Luis Diasın (Kolumbiya) vurduğu qollar "Bayern"in bu statistikada liderliyə yüksəlməsində mühüm rol oynayıb.

