Bakıda hazırlıq keçən “Zirə” iyunun 25-dək çalışmalarını paytaxda davam etdirəcək.
Prosport.Az xəbər verir ki, bu müddətdə 1 yoxlama oyunu keçirəcək komanda iyunun 20-də saat 18:00-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq.
25 iyun - 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılığın növbəti mərhələsini keçirəcək "Zirə" orada 2 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi və oyun saatları haqqında məlumat veriləcək.
Qeyd edək ki, "Zirə" Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. "Qartallar" I təsnifat mərhələsində Gürcüstanın "Torpeda" klubu ilə qarşılaşacaq. Bu raundun oyunları iyulun 9-u və 16-da baş tutacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ilk matçını evdə keçirəcək.

