Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" son dövrlər sponsor axtarışındadır. Bu yöndə AFFA və Futbolun İnkişaf Fondu (FİF) da müəyyən cəhdlər edir.
Daha əvvəl "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov Prosport.Az-a açıqlamasında bunu təsdiqləmişdi.
Bu haqda FİF-in icraçı-direktoru Tural Piriyevin də fikirlərini öyrəndik: "FİF olaraq "Qəbələ" ilə bu yaxınlarda görüşümüz baş tutub. Mümkün əməkdaşlıq istiqamətlərini müzakirə etmişik. Hələlik konkret bir layihə və ya sponsorluq danışığı yoxdur. Digər əməkdaşlıq etdiyimiz region klubları ilə olduğu kimi, "Qəbələ" ilə bağlı da potensial sponsorlarla görüşəcəyik, hər hansı layihə tətbiq etmək mümkün olacaqsa, onu da icra edəcəyik".
Vüsal Hacısoy

