AFFA növbəti – 2023/2024 futbol mövsümün üçün "Qəbələ"yə sponsor axtarışına başlayıb. Bunun üçün yaxınlarda AFFA və Futbolun İnkişaf Fondunun (FİF) rəhbərliyi Qəbələdə səfərdə olub.
Məsələ ilə bağlı "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov da Prosport.Az saytına açıqlamasında bunu təsdiqləyib. O bildirib ki, sponsor axtarışı davam etdirilir:
"FİF nümayəndəsi ilə AFFA-nın baş katibi Sərxan Hacıyev Qəbələdə oldu. Yerli icra hakimiyyəti nümayəndələri və bizimlə görüş baş tutdu. Qəbələdəki yerli sahibkarların sponsor qismində kluba cəlb olunması yönündə məsələlər müzakirə olundu. Biz də öz mövqeyimizi bildirdik ki, FİF tərəfindən klubla bağlı hər hansısa layihə olarsa, birlikdə iş görmək olar. Sözün açığı, hələ ortada dəqiq bir şey, yeni sponsor adı yoxdur. Olan kimi bu barədə mətbuat məlumatlandırılacaq".
Səbuhi Musa

