"Qarabağ"ın sabiq futbolçusu Kris Kuaku karyerasında növbəti dəfə klubunu dəyişib.
Prosport.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Norveçin "Sarpsborq" klubundan da gedib.
Fil Dişi Sahilindən olan futbolçu karyerasını İsraildə davam etdirəcək. O, "İroni Tveriya" komandası ilə anlaşıb.
Maraqlıdır ki, Kuaku cari ilin mart ayında "Qarabağ"dan ayrılaraq "Sarpsborq"a transfer olunmuşdu. Lakin Norveç klubunun əsas komandasında rəsmi oyuna çıxmağa imkan tapmayıb. O, yalnız bir yoxlama matçında və bir dəfə də əvəzedici komandada meydana çıxıb.
Mətbuatda yer alan iddialara görə, "Qarabağ" 2025-ci ildə Kuaku üçün Portuqaliyanın "Mafra" klubuna 300 min avro ödəyib. Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında cəmi 12 matçda iştirak etmişdi.

