"Araz-Naxçıvan" klubu futbolçusu İbrahim Piriyevlə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, 21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.
Piriyev 2025/2026 mövsümündə "Araz-Naxçıvan"ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan oyunçu "Zirə" ilə Premyer Liqasının son turunda keçirilmiş matçda debut edib.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

