Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Vestri" İslandiya I Liqasında növbəti görüşünü keçirib.
Prosport.Az xəbər verir ki, Ağdam klubunun rəqibi "Aeqir"lə üz-üzə gəlib. Qarşılaşma "Vestri"nin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komanda hazırda 16 xalla 4-cü pillədədir.
Qeyd edək ki, "Qarabağ" islandlarla ilk oyunu iyulun 9-da Bakıda keçirəcək. Cavab qarşılaşması 1 həftə sonra səfərdə baş tutacaq.

