"Şahdağ Qusar" heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, I Liqada çıxış edən klub Mehrac Baxşalını transfer edib.
23 yaşlı futbolçu “Qəbələ”dən icarə əsasında heyətə cəlb olunub. O, cari mövsümün sonuna qədər “Şahdağ Qusar”ın formasını geyinəcək.
Qeyd edək ki, Mehrac Baxışlının son klubu MOİK olub.

