Futbol üzrə dünya çempionatında Portuqaliya millisi Konqo Demokratik Respublikası ilə qarşılaşıb.
Prosport.Az xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında qalib müəyyənləşməyib – 1:1.
Avropalıların heyətində Joau Neveş 6-cı dəqiqədə adını tabloya yazdırıb. Konqoluların qolunu isə 45+5-ci dəqiqədə Yoan Vissa vurub.
Portuqaliya millisinin heyətində Kriştianu Ronaldu oyunun əvvələrindən sonuna qədər meydanda olub və heç nə ilə yadda qalmayıb.
