"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az kubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sol cinah müdafiəçisi Bruno Lanqa "Qarabağ"a transfer olunub. Transferin detalları və müqavilənin müddəti barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, Ağdam təmsilçisi bundan əvvəl Zakaria Savo, Jali Muaddib və Samuel Lobatonun keçidini rəsmiləşdirmişdi. Bruno Lanqa yay transfer pəncərəsində "Qarabağ"a qoşulan dördüncü futbolçu olub.

